Ağsu rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 18:19-da, Pirqulu stansiyasından 9 km cənub-qərbdə, Ağsu ərazisində qeydə alınıb.
Maqnitudası 2,6, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.