Xarici hərbi attaşeləri HHQ-lərinin hərbi hissəsində - Foto

17:48 - 14 Mart 2019 - Xəbər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq ziyarəti təşkil olunub.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət hərbi attaşeyə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.
Hərbi attaşelərin ziyarəti zamanı hərbi hissədə olan əsas texniki nümunələr haqqında məlumat verildikdən sonra onlar praktiki nümayiş etdirilib.

Sonda hərbi hissə tərəfindən xarici qonaqlara Novruz bayramı münasibətilə ziyafət təşkil olunub.

 


Xəbər xətti