Şamaxıda zəlzələ olub

14:31 - 14 Mart 2019 - Xəbər

Şamaxı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:36-da qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Xəbər xətti