Bakıda mənzildən 83 yaşlı qadının meyiti tapılıb

10:13 - 7 Fevral 2019 - Xəbər

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və və orada aşkarlanan 1935-ci il təvəllüdlü Rüstəmova Raisa Hüseyn qızının meytini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər xətti