Regionlarda yaşayan Bakcell abunəçiləri də yüksək sürətli internet xidmətindən istifadə edə biləcəklər

14:48 - 22 Dekabr 2018 - Xəbər

Regionlarda yaşayan Bakcell abunəçiləri də yüksək sürətli internet xidmətindən istifadə edəcəklər Bu barədə Bakcell şirkətinin Mobil telekommunikasiyaya giriş seminarında Bakcell sirkətində Şəbəkə problemlerinin arasdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov bildirib. Oruc Sadıqovun sözlərinə görə, Bakcell LTE şəbəkəsi 45 region mərkəzində əhalinin istifadəsinə təqdim edilib: "Bakı-Abşeron yarımadası ilə yanaşı regionlarda yaşayan abunəçilərimiz də yüksək sürətli internet xidmətindən istifadə edə biləcəklər. Xidmətdən yararlanmaq ücün abunəcilərin sim kartları və mobil cihazları 4G texnologiyasını funksional olaraq dəstəkləməlidir"- Oruc Sadıqov bildirib. Qeyd edək ki, Bakcell şirkəti ölkə KİV nümayəndələri üçün 21-22 dekabr tarixlərində Şəkidə "Mobil telekomunikasiyaya giriş" mövzusunda seminar təşkil edib. Emin

Xəbər xətti