FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib
12:28 - 21 Dekabr 2018 - Xəbər
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;ağac tezalışan oyuncaqla bəzədilməməli;qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;pəncərədə dəmir barmaqlıq olmamalı;məkanın iki çıxışı olmalı;ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;otağın qapıları mütləq bayıra açılmalı;məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;şənlikdə işıq tam söndürülməməli;şənliyə tezalışan materialdan paltar geyinilməməli;məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.