Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İİV-ə yoluxub

15:59 - 1 Dekabr 2018 - Xəbər

Azərbaycanda İİV infeksiyasından ölənlərin sayı açıqlanıb 

“Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İİV-ə yoluxub”. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, onlardan 529-u Azərbaycan vətəndaşı, 18-i isə əcnəbidir: “Bunların 356-sı kişi, 173-ü isə qadındır. İndiyədək İİV infeksiyasına yoluxduğu təsdiq olunan 6 111 nəfər QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb. Onlardan 4320-si kişi, 1791-i isə qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir”.
​E.Muradov bildirib ki, indiyədək Azərbaycanda 950 nəfər İİV infeksiyasından ölüb. Onun sözlərinə görə, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 10 ayı ərzində 115 348 şəxs İİV-ə görə müayinəyə cəlb edilib, 128 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.

Xəbər xətti