Məktəblilər talassemiya xəstəliyi ilə bağlı maarifləndirilib

12:51 - 30 Noyabr 2018 - Xəbər

 “Talassemiyasız gələcək”  hesabat tədbiri

Təhsil nazirliyinin elan etdiyi “TƏHSİLDƏ İNkİŞAF VƏ İNNOVASİYALAR ÜZRƏ 2-ci qrant müsabiqəsi“-nin  fərdi kateqoriyalar üzrə qalibi  Süleymanova Vüsalə Oqtay qızının “Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi" layihəsi öz işini uğurla yekunlaşdırıb. 16 noyabr 2018- ci il tarixdə Səbail rayon 329 nömrəli tam orta məktəbdə layihənin yekun hesabat tədbiri keçirilib. Tədbirdə layihə çərçivəsində əməkdaşlıq etdiyimiz məktəblərdən direktorlar və biologiya müəllimləri, 329 nömrəli  məktəbin  müəllim və valideyin kollektivi , BŞTİ-dən,Təhsil inistitundan, Genetika inistitundan dəyərli qonaqlar iştirak edib. Tədbirdə dəyərli qonaqları məlumatlandırmaq üçün layihə çərçivəsində keçirilən tədbirlərdən və görüşlərdən hazırlanmış videoçarx  nümayiş etdirilib . Layihə rəhbəri S.Vüsalə layihənin məqsədi, mahiyyəti, layihə çərçivəsində görülən işlər  və əldə olunan nəticələr haqqında iştirakçılara məlumat verdi. Tədbirdə çıxış edən qonaqlar müasir dövrün bəlasına çevrilmiş irsi qan xəstəliyi talassemiyanın qarşısının alınması üçün bu cür maarifləndirmə işlərinin mütəmadi aparılmasının vacibliyini vurğuladilar və V.Süleymanovaya uğurlar diləyiblər.

Layihə çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak edən  şagirdlər bu layihədə Talassemiya xəstəliyi haqqında öyrəndiklərini ətraflı şəkildə tədbir iştirakçılarına çatdırıblar. Səbail rayon 329 nömrəli məktəbin direktoru Sevil Əliyeva öz çıxışında təhsilin dövlət tərəfindən daim diqqət mərkəzində olduğunu, müəllimlərin innovaiv fikirlərinin reallaşmasında bu cür müsabiqələrin böyük rolu olduğunu  və layihədə qarşıya qoyulan vəzifələrin uğurla və peşəkarcasına  həyata keçirildiyini qeyd edib . Sonda butun tədbir iştirakçılarina layihə çərçivəsində hazırlanmış talassemiya xəstəliyi haqqında ətraflı məlumatlar yerləşdirilmiş  informativ kitabça və bukletlər paylanıb.  

Xəbər xətti