Salyanda şahin quşunu tutmaq istəyən şəxs 2 min manat cərimələnib

11:20 - 29 Noyabr 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.

ETSN-dən Ucnoqta.az-a verilən məlyumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.

Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.

Xəbər xətti