Tərtər və Ağdaş sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

13:22 - 28 Noyabr 2018 - Xəbər

Tərtər və Ağdaş rayon sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tərtər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayılbəyli kənd sakini Şükür Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbocağı kənd sakini Şahmar Mirzəyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Xəbər xətti