Sabah bu ərazidə işıq olmayacaq

20:37 - 27 Noyabr 2018 - Xəbər

Sabah Xızı rayonunda işıq olmayacaq

​Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Xızı rayonunun 35/10 kV-luq yarımstansiyasında yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar sabah günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Xəbər xətti