AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları təltif edilib- Sərəncam

19:35 - 27 Noyabr 2018 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə
Əlibəyov İnqilab Vəlibəy oğlu

“Tərəqqi” medalı ilə
Abıyev Aydın Müstəcəb oğlu
Cəfərov Vilayət Abbasqulu oğlu
​Həsənova Esmeralda Yusub qızı

Xəbər xətti