Azərbaycanın Müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb
Noyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.