Şirvanda evdən 850 dollar oğurlayan şəxs saxlanılıb

14:26 - 27 Noyabr 2018 - Xəbər

Şirvanda evdən 850 ABŞ dolları oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 850 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal İmanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti