Ceki Canın qızı həmcinsi ilə evləndi - Fotolar

10:22 - 27 Noyabr 2018 - Xəbər

Məşhur aktyor Ceki Canın qızı Etta Çolin həmcinsi ilə evlənib.

O, Kanada vətəndaşı Endi Otomla Toronto şəhərində nikah bağlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xanımların hər ikisinin instaqram səhifəsində paylaşımlar edilib. Endi post yazaraq Honkonqa ər-arvad kimi yox, arvad-arvad kimi qayıtdıqlarını qeyd edib. Etta isə açıqlamasında bildirib ki, valideynləri onların cinsi seçimini dəstəkləmir və onlar bir müddət körpünün altında gecələyiblər.

Qeyd edək ki, Honkonqda eynicinslilərin nikahı qadağandır.


Xəbər xətti