Prezident Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına fəxri ad verib

19:00 - 26 Noyabr 2018 - Xəbər

Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə
“Əməkdar müəllim” fəxri adı verilsin:
Kraynova Valentina Serqeyevna
Manafova Ülviyyə Azər qızı
​Səttarova Səadət Qüdrət qızı.

Xəbər xətti