Astara gömrüyündə 320 kq heroin aşkarlanıb

15:00 - 24 Noyabr 2018 - Xəbər

İran Astarası Gömrük İdarəsinin əməkdaşları keçid məntəqəsində 320 kiloqram heroin aşkarlayıblar.

​Trend-in məlumatına görə, narkotik maddə ixrac üçün nəzərdə tutulan 65 tonluq sement paketlərində gizlədilibmiş. Narko-ticarətçilər İran gömrüyünün xidməti axtarış itlərini yayındırmaq üçün yükü istiot və ədviyyatla qarışdırıblar.

Xəbər xətti