Prezident İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik edib

12:36 - 24 Noyabr 2018 - Xəbər

Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə Sizi və bütün Yaponiya xalqını ürəkdən təbrik edirəm. Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram".

Xəbər xətti