Neftin qiyməti kəskin ucuzlaşdı

20:27 - 23 Noyabr 2018 - Xəbər

Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Oxu.Az bu barədə ICE London qitələrarası birjasında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir. Sonuncu dəfə belə bir rəqəm 2017-ci ilin oktyabr ayında qeydə alınmışdı. REKLAM grandhayat.az Daha ətraflı Native Video by Adributor Hazırda Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin bir barelinin qiyməti 59,46 dollar təşkil edir. Gün ərzində Brent markalı neft 5,3 faiz ucuzlaşıb.
​Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin bir barelinin qiyməti isə 5,9 faizi azalaraq 50,88 dollar təşkil edib.

Xəbər xətti