Hollandiyada qanunsuz miqrantların axtarışı zamanı polis gözləmədiyi mənzərə ilə qarşılaşıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, polis şübhəlilərdən birinin evinə baxış zamanı paltaryuyan maşında gizlədilmiş 350 min avro tapıb. Evdə həmçinin, pul sayan aparat, xeyli sayda mobil telefon və bir ədəd silah aşkarlanıb. Paltaryuyan maşında 20 və 50 avroluq banknotlar da olub.
Məlumata görə, pulların 24 yaşlı sahibi uzin müddət imiş çirkli pulların yuyulması ilə məşğul olub. Dələduzun adı açıqlanmır.