Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

17:40 - 23 Noyabr 2018 - Xəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək. 

Ucnoqta.az xəbər verir ki, qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin bölgə üzrə şöbəsinə müraciət edə bilərlər. 

Xəbər xətti