Nazirlik fermer və sahibkarlara təlim keçib
20:53 - 21 May 2018 - İQTİSADİYYAT
Füzuli və Beyləqan rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə pambığın becərilməsi, aqrotexniki qulluq məqsədilə müxtəlif texnikalardan istifadə, zərərvericilərlə mübarizə tədbirlərinin aparılması, müxtəlif tərkibli pestisidlərdən istifadə qaydasının öyrədilməsi məqsədilə sahə nümayişi və təlimlər keçirilib.
Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sahə nümayişlərində müxtəlif texniki vasitələrin istifadə qaydaları, onların tənzimlənməsi mexanizatorlar tərəfindən əyani şəkildə göstərilib. Təlimlərdə fermerlərlə geniş müzakirələr aparılıb və onların sualları ətraflı şəkildə cavablandırılıb.