Azərbaycanda avronun məzənnəsi ötən il dekabrın 18-dən bəri ilk dəfə 2 manatdan aşağı düşərək 1,9978 manata bərabər olub.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Xatırladaq ki, 5 ay bundan əvvəl AZN/EUR nisbəti 1,9994 manat təşkil edib. Məzənnənin bundan əvvəl ən aşağı həddi isə ötən il noyabrın 22-də - 1,9963 manat olmaqla qeydə alınıb.