Səngəçal terminalı qazın kommersiya tədarükünü həyata keçirməyə hazırdır
13:16 - 19 May 2018 - İQTİSADİYYAT
Bakının Səngəçal qəsəbəsində yerləşən neft-qaz terminalı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazın kommersiya tədarükünü həyata keçirməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə BP şirkəti öz “Twitter” səhifəsində yazıb.
Məlumata əsasən, terminalın genişləndirilməsi layihəsi çərçivəsində işlərin pik həddində 10 min nəfər işləyəcək:
“BP-nin Azərbaycandakı Səngəçal terminalı dünya təhlükəsizlik standartlarına cavab verir və artıq bu il “Şahdəniz 2” yatağından qazın kommersiya tədarükünü həyata keçirməyə hazırdır”.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatı ildə 25 milyard kubmetrədək artacaq.