Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 342 mln. 922,61 min ABŞ dolları dəyərində 1 mlrd. 893 mln. 203,57 min kubmetr təbii qaz ixrac edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 188 mln. 081,05 min kubmetr və ya 11,03% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 66 min 721,09 dollar və ya 24,16% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel ayında Azərbaycandan xarici ölkələrə 276 mln. 201,42 min dollar dəyərində 1 mlrd. 705 mln. 122,52 min kubmetr təbii qaz ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 6,07%-ni təşkil edib.