BVF: Azərbaycanda yüksək dövlət investisiyaları iqtisadi artıma töhfə verir

18:07 - 14 May 2018 - İQTİSADİYYAT

“Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. Orta müddətli perspektivdə bu regionda iqtisadi artım sabitləşəcək”.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında deyilir. Hesabatda qeyd olunub ki, 2017-ci ildə neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib. “Azərbaycanda yüksək dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edərək artıma töhfə verib,” – deyə hesabatda bildirilir.

Hesabat müəllifləri qeyd edir ki, neft ixrac edən ölkələrin fiskal mövqeyi də yaxşılaşıb: “Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər. Hazırda ölkədə fiskal qaydalar işlənib hazırlanır”.

Xəbər xətti