Bu həftə İranda Astara Terminalının şimal-cənub və cənub-qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafındakı rolu barədə tədbir keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan “APA-Economics”ə verilən məlumata görə, tədbir mayın 12-də İran İslam Respublikasının Astara şəhərində baş tutacaq.
Tədbir çərçivəsində Astara şəhərində İran və Azərbaycan iş adamlarının iştirakı ilə biznes forum da keçiriləcək.