Vüsal Qasımlı: Banklar sahibkarlara daha yaxın olmalıdır
12:25 - 5 May 2018 - İQTİSADİYYAT
Azərbaycan bankları sahibkarlara daha yaxın olmalıdır.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V.Qasımlı bildirib ki, bank sektorunun dayağı əhalinin göstərdiyi etimaddır: “Bu gün əsas məqsəd həmin etimadın bərpa olunmasıdır. İpoteka və Kredit-Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlak reyestri kimi institutlar maliyyə imkanlarını genişləndirir. Ölkədə bugünkü iqtisadi vəziyyət bank sektorunun canlanmasına təkan verə bilər”.