Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək

20:19 - 1 May 2018 - İQTİSADİYYAT

Mayın 17-i Bakıda Azərbaycan-Cənubi Koreya işgüzar görüşü keçiriləcək. Trend bu barədə Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinə istinadən məlumat verir. Qeyd olunur ki, görüşdə avtomobillər üçün ehtiyat hissələri, ofis kresloları, kosmetika vasitələri, ödəmə qurğuları, qapılar, təhlükəsizlik kameraları istehsalı ilə məşğul olan 9 şirkətin nümayəndələri iştirak edəcək. Görüşdə təmsil olunan şirkətlər: “Korea Inter Cross”, “Hanaro Motors”, “Dawon Chairs”, “Symedi Phram”, “Eye Some”, “Baren Changho”, “Hanbo Textile”, “SeeEyes”, “ATEC T&Co”.

Xəbər xətti