Karbamid zavodunun işə düşəcəyi TARİX bilindi
15:47 - 25 Aprel 2018 - İQTİSADİYYAT
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi işləri 99,2 faiz başa çatıb.
Bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
O qeyd edib ki, layihənin bu ilin dördüncü rübündə təhvil veriləcəyi gözlənilir.
Direktorun sözlərinə görə, avqust-sentyabr aylarında ilk köməkçi məhsul – ammiak istehsal olunacaq:
“Bundan sonra karbamid istehsalı üzrə bölmə işinə başlayacaq və “Made in Azerbaijan” brendi ilə ilk karbamid oktyabr-noyabr ayında əldə olunacaq”.trend