Bitkoin bahalaşıb

00:59 - 25 Aprel 2018 - İQTİSADİYYAT

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bahalaşmanı davam etdirib. Trend-in məlumatına görə, bitkoin bu gün 9 min dollar həddini keçib. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,42% bahalaşaraq 9,253 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, "Ethereum" 7,54% və ya 680,52 dollaradək, "Ripple" 5,92% (0,92 dollara qədər), "Bitcoin Cash" isə 16,29% (1547,12dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 421,63,46 milyard dollar təşkil edir və bunun 37 faizi bitkoinin payına düşür.

Xəbər xətti