Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 193,1 mln. manat sığorta haqqı toplayıb, 60,3 mln. manat sığorta ödənişi həyata keçirib. "Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə daxilolmaları 157,1 mln. manat, ödənişlər isə 44.4 mln. manat, icbari sığorta bazarı üzrə daxilolmaları 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.