Azərbaycan valyuta ehtiyatlarını 15%-ə yaxın artırıb

21:42 - 18 Aprel 2018 - İQTİSADİYYAT

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 43 139,7 mln. ABŞ dolları təşkil edib.

Bunun 87,23%-i və yaxud 37 631,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,77%-i və yaxud 5 508 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 998,6 mln. dollar və yaxud 4,86% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 825,2 mln. dollar və yaxud 5,1%, AMB-nin valyuta ehtiyatlarında isə 173,4 mln. dollar və yaxud 3,25% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 5 499,8 mln. dollar və yaxud 14,61% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 4 424,5 mln. dollar və yaxud 13,32%, AMB-nin valyuta ehtiyatlarında isə 1 075,3 mln. dollar və yaxud 24,26% artım olub.report

Xəbər xətti