Sahibkarlığa Kömək Milli Fondu Azərbaycanda pambıq və tütün istehsalçılarına dəstəyi genişləndirməyi planlaşdırır. Bunu Fondun icraçı direktoru Şirzad Abdullayev mətbuat konfransı zamanı deyib.
O bildirib ki, hazırda Fond pambıq və tütün istehsalçılarına kiçik faiz dərəcəsi ilə kreditlərin verilməsi üçün “Aqrarkredit” bank olmayan kredit təşkilatı ilə danışıqlar aparır.trend