Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri ( TANAP) layihəsinə indiyədək 5,6 mlrd. ABŞ dolları xərclənib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol jurnalistlərə bildirib. "TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollar təşkil edir. İndiyə qədər 5,6 mlrd.dollar vəsait xərclənib. Layihənin ilkin dəyəri 11,8 mlrd. dollar dollar olub, yəni 32% qənaət olunub", - o deyib.
Bundan başqa, baş direktorun sözlərinə görə, TANAP-ın səhmdarları indiyədək 3,75 mlrd. dollar kredit cəlb edib.