Bitkoin bahalaşıb
19:00 - 14 Aprel 2018 - İQTİSADİYYAT
Geosiyasi gərginliyin artması, xüsusilə də Qərb koalisiyasının Suriyaya zərbə endirməsi fonunda kriptovalyuta bazarında artım davam edib.
Bitkoinin qiyməti 8 min dollar həddini keçib.
Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 2,55% bahalaşaraq 8,010 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, "Ethereum" 3,76% və ya 514,6 dollaradək, "Ripple" 5,15% (0,64 dollara qədər), "Bitcoin Cash" isə 1,91% (749,16 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 320,806 milyard dollar təşkil edir. Bu göstəricinin 42,4%-ə yaxını bitkoinin payına düşür.