Türkiyədə dolların məzənnəsi 4,1 lirəni keçib

16:54 - 10 Aprel 2018 - İQTİSADİYYAT

Bir qədər əvvəl Türkiyədə ABŞ dollarının məzənnəsi 4,1 lirəni tarixi rekordunu yeniləyib. “Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, gecə saatlarında valyuta birjalarında 4,0787 lirəyə bərabər olan Amerika valyutası 4,1008 lirəyə qədər bahalaşıb. Qonşu ölkədə avronun məzənnəsi isə günə 5,0286 lirə  ilə başlayıb və tədricən 5,0704 lirəyə çatıb. 

Xəbər xətti