Ağsuda sahibkarlar üçün treninq keçirilib
23:11 - 5 Aprel 2018 - İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağsuda sahibkarlar üçün treninq keçirilib.
Ucnoqta.az Nazirliyə istinadən xəbər verir ki, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “Maliyyənin idarə edilməsi” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.