Bu ilin iki ayında Azərbaycan bank sektoru 141 mln. manat mənfəət əldə edib

18:07 - 5 Aprel 2018 - İQTİSADİYYAT

Xərcləri isə 101,1 mln. manat olub
 

2018-ci il martın 1-nə bank sektorunun xalis mənfəəti 141,3 mln. manat təşkil edib. "APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu il bankların faiz gəlirləri 287 mln. manat, faiz xərcləri isə 101,1 mln. manat olub.

Qeyd edək ki, banklar bu ilin yanvar-fevral aylarında kreditlər üzrə faizlərdən 189,2 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30,8 mln. manat vəsait xərclənib.

Xəbər xətti