SOCAR-ın Gürcüstandakı terminalından neft məhsullarının nəqli azalıb

20:26 - 3 Aprel 2018 - İQTİSADİYYAT

Bu ilin yanvar-fevral aylarında terminal 0,2 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb

Gürcüstanda SOCAR-a məxsus Kulevi Neft Terminalından neft məhsullarının nəqli azalıb. Ucnoqta.az xəbər verir ki, APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu ilin yanvar-fevral aylarında terminal 0,2 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb. Bu həcm ötən ilin eyni göstəricisi ilə müqayisədə 0,1 mln. ton azdır.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminallarında, ümumilikdə 1,5 mln. ton yük emal edilib. Bu yüklərin 0,6 mln. tonu Batumi limanı, 0,7 mln. tonu isə Supsa neft terminalının payına düşüb.
Yanvar-fevral aylarında Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı illik müqayisədə 1 122 ədəd artaraq 65 646 ədəd təşkil edib.

Xəbər xətti