Dünya birjalarında neft bahalaşıb
11:16 - 31 Mart 2018 - İQTİSADİYYAT
Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 dollar və ya 0,87% artaraq 64,94 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar və ya 0,84% artaraq 69,34 dollar təşkil edib.Apa