Mərkəzi Bank (MB) əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək məqsədilə istifadəyə vermiş Maliyyə savadlılığı portalında (www.bizimpullar.az) yeni “Elektron bankçılıq” animasiyası yerləşdirib. MB-dan Ucnoqta.az-a verilən məlumata görə, bu animasiya vasitəsilə banka və ya onun filiallarına getmədən distant bank xidmətləri və onun üstünlükləri, həmçinin elektron bankçılığın növləri haqqında qısa məlumat əldə etmək mümkündür.
Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/78?cat=Blocks&file=0
Maliyyə savadlılığı portalından istənilən zaman kompüter, planşet və ya mobil cihaz vasitəsilə yararlanaraq iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika ilə tanış olmaq mümkündür.