Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi müddətini artırıb
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi müddətini 13 gündən 20 günə çatdırıb.
Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, qurum sabah keçirəcəyi növbəti depozit hərracında 250 mln. manat cəlb etməyi planlaşdırır. Vəsaitlər 8,01-12,99%-lə qəbul ediləcək.