FED rəsmisinin açıqlamaları dolları bahalaşdırıb

16:14 - 27 Mart 2018 - İQTİSADİYYAT

ABŞ iqtisadiyyatındakı artımın sürəti yaxın zamanlarda proqnozları üstələyə bilər və bu da Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına gətirib-çıxara bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu FED-in Atlanta şəhəri üzrə rəhbəri Rafael Bostic (Raphael Bostic) deyib. 
 

O, ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi vergi islahatlarının inflyasiyaya təzyiq yaratmadan istehsal həcmini artıracağını və federal xərclərdəki artımın tələbatı yüksəldəcəyini vurğulayıb. FED rəsmisi 2019-cu ilə bağlı qeyri-müəyyənliklərin olduğunu da bildirib.

Bu açıqlamalardan sonra valyuta birjalarında ABŞ dollarının məzənnəsi artmağa başlayıb. Səhər saatlarında 1,2477-yə qalxan USD/EUR nisbəti tədricən 1,2395-ə düşüb. 

"Report"un analitik qrupu sözügedən nisbətin l ərzində 1,2 - 1,265 diapazonunda dalğalanacağını proqnozlaşdırır. 

Xəbər xətti