Neft bahalaşıb
13:16 - 24 Mart 2018 - İQTİSADİYYAT
Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,58 dollar və ya 2,46% artaraq 65,88 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,54 dollar və ya 2,23% artaraq 70,45 dollar təşkil edib.