Azərbaycanda dollarla olan əmanətlər azalıb
11:19 - 23 Mart 2018 - İQTİSADİYYAT
2018-ci il fevaralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, əmanətlərin 66,3 faizi xarici, 33,7 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 74,1 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.
2018-ci il fevralın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 11 milyard 656,1 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 500,0 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.