Lənkəranda sahibkarlar üçün treninq keçirilib
23:45 - 19 Mart 2018 - İQTİSADİYYAT
Lənkəran rayonunda sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Treninqdə iştirakçılara Lənkəran rayonunda çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişafı, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə ətraflı məlumat verilib.
Treninq çərçivəsində həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.