Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən verilən xəbərə görə, martın 27-də keçiriləcək hibrid depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 13 gün təşkil edir.Apa