Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 372,9 min ton xam neft hasil edilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 6 364,9 min tonu əmtəəlik xam neft olub. Hesabat dövründə neft hasilatının həcmi illik müqayisədə 0,5% artıb.
İlin iki ayı ərzində ölkədə 4 726,9 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin analoji dövründən 0,8% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 2 908,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik qaz hasilatı ötən ilin yanvar-fevral aylarından 9,4% azalıb.