AMB Çinin maliyyə bazarına investisiya yatırmaq planını təxirə salıb

22:24 - 15 Mart 2018 - İQTİSADİYYAT

Prosesə başlamaq üçün zəmin yoxdur

"Azərbaycan Mərkəzi Bankı (AMB) Çinin maliyyə bazarına investisiya yatırmaq niyyətində  olsa da, real olaraq bu prosesə başlamaq üçün zəmin yoxdur". Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib. Onun sözlərinə görə, Çinin maliyyə bazarına investisiya yatırmaq üçün ehtiyac yaranmadığından bununla bağlı konkret qərar qəbul edilməyib.

Xatırladaq ki, iki il əvvəl AMB Çinin maliyyə bazarına 500 mln. dollar həcmində investisiya yatırmağı planlaşdırdığını bəyan etmişdi.

Xəbər xətti